Runaway Layihəsinə
Yatırım et və Qazan

Runaway House layihəsinə yatırım edərək aylıq zəmanətli gəlir əldə etmək istəyirsinizmi? Bunun üçün sadəcə Runaway evləri alıb onu bizə icarəyə verməyiniz yetərlidir. Şərtlər haqqında ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa bizimlə əlaqə saxlayasınız.

Biz kimik?

Biz 2005-ci ildən Azərbaycan turizm biznesində olan innovativ layihələri ilə tanınan turizm sahibnkarları və mütəxəssisləriyik. Bizim biznes portfoliomuza eVisa.com.az, Turizm.Az MICE & DMC şirkətləri və inşaat, kənd təsərrüfatı sahəsində investisiya etdiyimiz birgə bizneslər daxildir.

Bizim 2005-ci ildən turizm və müştəri xidmətləri təcrübəmiz, güclü və həvəsli komandamız və turizm sahəsində tanınmış brendlərimiz var. Komandamızın əsas hissəsi yüksək təcrübəli turizm mütəxəssislərindən və turizm layihələrində ixtisaslaşmış veb developerlərdən ibarətdir. Runaway House layihəsi üçün əsas satış və marketinq strategiyamız məhsullarımızı internet üzərindən realizasiyasını həyata keçirməkdir. Bu səbəbdən də biz gələcəkdə 200 ədəd Runaway evi yerli və xarici turistlərə rahat sata bilmək üçün bu layihə üçün güclü struktura malik və çox üstün funksiyalı rezervasiya saytımızı istifadəyə verdik və yaxın günlərdə mobil tətbiqin də hazırlanıb istifadəyə verilməsi üzərində çalışırıq. Bizim məqsədimiz həm turizm şirkətləri qrupumuza sadiq qalmış turistlərimizi, həm də yeni turistlərimizi Runaway layihəsinə cəlb etməkdir.

Sizi tezliklə Runaway investor ailəsinin bir üzvü olaraq görməyə çox şad olarıq.

Hörmətlə,

Murad Kərəmov
Təsisçi

Turizm.Az Group
Mobil (WhatsApp): +994 50 210 36 43
Ünvan: Azərbaycan, Bakı ş., Deluxe Plaza.

Runaway etməyə hazırsan? Şəhərdən qaçışını indi planla.