Tez-Tez Verilən Suallar

Runaway evlər harada yerləşir?

Hal-hazırda yalnız İsmayıllı rayon Qalacıq kəndində Runaway evlərimiz mövcuddur. Buna baxmayaraq ev sayımızı artıraraq Azərbaycanın müxtəlif regionlarına, həmçinin Qarabağa və Gürcüstana da genişlənməyi planlayırıq.

Evləriniz necədir?

Bizim Runaway evlərimiz kiçicikdir (təqribən 19-23 m2) və komandamız tərəfindən diqqətlə elə dizayn olunub ki, sizə lazım olan hər şey sığışsın amma lazım olmayanlar yox. Hər bir ev yağ, duz, istiot kimi zəruri yemək bişirmə məhsulları, qazan, tava, qabqacaq ilə təmin edilmiş kiçik mətbəx, təravətli yataq dəsti və dəsmallar, əsas yataqdan başqa yataq kimi açılan divan, kitab oxumaq və ya yemək üçün masa və iki stul, istilik sistemi, tualet və duş kabin ilə təchiz edilib. 

Qiymətə nə daxildir?

Sizin rezervasiyanıza seçiminizdən asılı olaraq ən çoxu 2 nəfər böyük adam yataqda və 2 nəfər uşaq isə divanda gecələməyi daxil ola bilər. Evlərdə təravətli yataq dəsti, hamam dəsmalları, duş məhsulları və əsas mətbəx ləvazimatları mövcuddur. Evə çatdıqdan sonra orada siz əlavə ödənişlə yerli orqanik məhsulları da satın ala bilərsiniz. Hər bir evin həyətində sizə məxsus tonqal yeri, piknik masası və komfortlu iki ədəd stul var.

Mən Runaway evimi necə rezervasiya edə bilərəm?

Sadəcə saytımızın ana səhifəsini açın, məkanı və tarixləri seçin ki, evin boş günlərini görəsiniz, sonra isə adam sayı seçib səyahətinizi təsdiq edirsiniz. Əlavə hər hansı planlamaya ehtiyac yoxdur. Bundan başqa siz həmçinin hər gün saat 10:00 – 17:00 arasında bizə zəng edərək Runaway evinizi rezervasiya edə bilərsiniz. Rezervasiya üçün əlaqə: +994 55 255 23 25 VƏ YA +994 55 255 14 04

Mənim bilməli olduğum hər hansı qaydanız varmı?

Bütün qonaqların təhlükəsizliyi və xoş təəssüratla təmin olunması bizim üçün çox önəmlidir. Biz qonaqlardan tonqal yerini nəzarətsiz qoymamağı, həyətə qida və / və ya zibil atmamağı və çadır qurmamaqlarını istəyirik. Biz həmçinin qonaqlardan evdən çöldə musiqi səsləndirməməyi, qışqırmamağı və lazımsız səsküy salmamağı xahiş edirik. Qaydaları pozanlara cərimə tətbiq edilə bilər və bu cərimə Şahdağ Milli Parkına ianə ediləcək. Unutmayın ki, biz təbiətdə sadəcə qonağıq.      

Özümlə nə götürüm?

Bizim Runaway evlərimiz minimal olmaq üçün dizayn edilib. Biz tövsiyə edirik özünüzlə yalnız gecələmə əşyaları (diş fırçası, diş məcunu və s., tualet ləvazimatları), geyim və onsuz yaşaya bilməyəcəyiniz hər hansı bir əşyanızı götürəsiniz. Bizim evlərdə həmçinin oyun kartları və kitablar tapa bilərsiniz. 

Özüm bişirə bilərəmmi?

Hər bir Runaway ev siz qaldığınız müddətdə yemək bişirmək üçün iki gözlü elektrik bişirmə paneli, mini soyuducu, qab və qaşıq, konserv açan, elektrik çaynik, qazan, tava, mətbəx bıçaqları, yağ, duz, istiot, mətbəx solfeti və qab yuyan maye ilə təmin edilib. Evin içindəki mətbəxdə və ya həyətdə tonqal yerində bişirməkdə sərbəstsiniz. Ancaq zəhmət olmasa qazan və tavanı yalnız mətbəxdəki elektrik bişirmə panelində istifadə edəsiniz. 

Evə çatanda satın ala biləcəyimiz ərzaqlar hansılardı?

Runaway istirahətinizi asanlaşdırmaq üçün hər bir ev üçün biz bəzi ərzaqları alıb saxlayırıq ki, sizin gəlişinizdə satın ala biləsiniz. Siz bizim satışda həmişə kofe, çay, isti şokolad, həşərata qarşı sprey, atəş üçün odun tapa bilərsiniz. Yerli orqanik məhsulların mövcudluğu isə fəsilə görə dəyişə bilər. Qiymətlər haqqında çəlumatı evin içində tapa bilərsiniz.

Evə giriş-çıxış qaydası necədir?

Evə giriş saat 14:00 (siz bu saatdan sonra istənilən vaxt evə girə bilərsiniz) başlayır və çıxış saat 12:00 (siz bu saata qədər evdən çıxmalısınız ki, evi növbəti müştəri üçün təmizləyib hazır edək) bitir. Evə giriş günü biz sizin üçün yaradılmış kilid kodunu həm e-poçt, həm də mobil nömrənizə göndərəcəyik. Evə çatdıqdan sonra qapı kilidinə kodu yazıb qapını açın və hər şeyi unudub dincəlməyə başlayın. Real həyata qayıtmaq vaxtı gələndə, dərindən nəfəs alın və yalnız qapının kilidli olmasına əmin olduqdan sonra məkanı tərk edin.     

Mən özümlə itimi də gətirə bilərəm?

Biz xəzli dostları sevirik amma siz yalnız it dostlarınızı kiçik bir təmizlik haqqı ödəməklə özünüzlə gətirə bilərsiniz. Hər zaman köpəyinizin yanında olun, çöldə olarkən onları kəmsiklə (boyun ipi) nəzarətdə saxlayın və hər zaman onların arxasınca təmizləyin. Məkanı tərk edərkən itinizi evin içində tək buraxıb getməyin. İtin bütün tullantıları mütləq təmizlənməlidir. 

Tonqaldan istifadə edə bilərəmmi?

Bəli. Biz qonaqlarımızı tonqal ətrafında vaxt keçirməyə təşviq edirik. 

Məkanda tonqal üçün odun varmı?

Bəli. Runaway evinizin tam yanında satışda yerli odun vardır. Bir bağlama odunun qiyməti 5 AZN-dir və bu sizə kifayət edəcək ki, ocağınız xeyli müddət yansın.   

Sizdə evə erkən giriş və ya gec çıxış varmı?

Bu hal-hazırda mümkün deyil. COVID-19 ilə əlaqədar olaraq əlavə ehtiyat tədbirləri və intensivləşdirilmiş təmizlik prosedurlarına görə təəssüf ki, biz sizin erkən giriş və gec çıxışla bağlı sorğunuzu növbəti bildirişə qədər qəbul edə bilmirik. Biz gecə və gündüz işləyirik ki, Runaway dəyərlərini sizə ötürərkən həm də  müştərilərimiz və komandamız üçün təhlükəsiz təcrübəni təmin edə bilək. Bizi anladığınıza görə öncədən təşəkkür edirik. Bir daha xatırladaq ki, bizim komanda tərəfindən açıqlanmadığı təqdirdə, evə giriş saatı 14:00 və çıxış saatı 12:00-dur. 

Evlərinizdə mobil şəbəkə tuturmu?

Məkanlarımızın təbiətin ucqar yerlərində olması mobil şəbəkənin və ya mobil internetin normaldan daha zəif işləməsilə müşahidə oluna bilər. Bəzən ola bilər ki, nə şəbəkə, nə də mobil internet olsun. Belə olduqda hər şeyi unutmaq üçün vəziyyətdən istifadə edin və dincəlin. Buna baxmayaraq bizim əməkdaşımız yaxınlıqda olacaq. Bizdə WiFi yoxdur və heçvaxt olmayacaq.      

Avtomobilimizi park etmək üçün hər hansı xüsusi yer varmı?

Bəli. Park etmək üçün xüsusi təyin olunmuş yerimiz var.

Hansı növ avtomobillə gəlsək yaxşıdır?

Siz altı hündür olan sedanla da gələ bilərsiniz. Ancaq biz tövsiyə edirik ki, yolsuzluq şəraitində sürə biləcəyiniz maşınla (4x4) gəlsəniz, sizin və maşınınız üçün rahat olar. 

Yaxınlıqda başqa Runaway evlər də varmı?

Bəli. Bizim bütün məkanlarımız bir neçə Runaway evlərdən ibarətdir. Biz çox çalışırıq ki, hər bir evin öz zonası olsun, ancaq məkanda müəyyən məsafələrdə başqa Runaway evləri də görməyə hazır olun.

Evə gələn su içməlidir?

Bəli. Evə gələn su dağlardan çəkilmiş bulaq suyudur və içməlidir. 

Evimə yaxın yerdə mən çadır qura bilərəmmi?

Qonşularının təklik və tənhalığını qorumaq üçün biz nəzakətlə qonaqlarımızdan xahiş edirik ki, məkanlarımızda çadır qurmasınlar.

Rezervasiyanı ləğv etmə qaydası necədir?

Əgər siz evə giriş tarixinə 15 gün qalmışa qədər rezervasiyanızı ləğv edərsinizsə, ödədiyiniz məbləğin 100%-i cəriməsiz olaraq sizə geri qaytarılır. Yox, əgər siz giriş tarixinə 4-14 gün qalmış rezervasiyanızı ləğv edərsinizsə, ödədiyiniz məbləğin bir hissəsi cərimə olaraq tutulur və qalan hissəsi geri qaytrılır. Amma giriş tarixinə 4 gündən az vaxt qalıbsa və siz rezervasiyanı ləğv etmək istəsəniz, o zaman biz çox çətin vəziyyətdə qalırıq. Çünki bu yerləri belə qısa vaxtda başqasına satma ehtimalı çox aşağıdır. Belə olduğu halda çox təəssüflər olsun ki, Runaway sizə ödənişi geri qaytara bilməyəcək. Belə olduqda tövsiyə edirik ki, öz yerinizi başqasına sata və ya hədiyyə edə bilərsiniz. Belə ki, rezervasiyada ad dəyişikliyi mümkündür. 

Mən rezervasiya tarixlərini dəyişə bilərəmmi?

Əgər siz rezervasiya tarixlərini dəyişmək istəyirsinizsə, mövcud rezervasiyanızı bizim ləğv etmə qaydalarımıza əsasən ləğv edib, tamamilə yeni rezervasiya etməli olacaqsınız. 

 

Mən Runaway istirahəti hədiyyə edə bilərəm?

Bəli. Siz hədiyyə kartını bu linkdən ala bilərsiniz. 

Mənə verilmiş hədiyyə kartını necə istifadə edə bilərəm?

Ətraflı məlumatı bu linkdən oxuya bilərsiniz. 

Sizin gözləmə listiniz varmı?

Hal-hazırda biz gözləmə listi təklif etmirik. Buna baxmayaraq, biz vaxtaşırı ləğv etmələr qəbul edirik və buna görə də bizim e-poçt listimizə qoşulmağınıza əmin olun ki, yerlər boşalan kimi hamıdan öncə sizin də xəbəriniz olsun. 

Siz qrup rezervasiyaları qəbul edirsinizmi?

Bizim missiyamız hər şeyi unudub və sevdiklərinə qovuşmaq istəyən insanlar üçün gündəlik həyatdan uzaqlaşmağı təklif etməkdir. Biz çalışırıq ki, bir-birinə yaxın ev istəklərinizi icra edək, ancaq onu da qeyd edək ki, Runaway ziyafət/parti üçün yer deyil. Qruplar üçün bizim yeganə tövsiyə edə biləcəyimiz şey, əgər boşdularsa, bir məkandaki bütün evləri rezervasiya etməkdir. Əgər bir qrup 4 evdən çox rezervasiya edirsə, gərək başqalarına narahatçılıq yaratmadan istirahət etsin.

Sizdə minimum və ya maksimum gecələmə sayı limiti varmı?

Bəzi həftə sonları və bayram tarixləri üçün minimum 2 gecəlik rezervasiya tələbi vardır. Təbiətin və gündəlik həyatdan uzaqlaşmağın faydasını artırmaq üçün biz tövsiyə edərdik ki, evlərimizdə ən azı 2 gecə qonaq olasınız. Runaway evlərimizi maksimum 15 gecəlik rezervasiya edə bilərsiniz.     

Sizin sadiq müştəri (loyalty) proqramınız varmı?

Bəli. Müxtəlif vaxtlarda və ya ardıcıl olaraq cəmi 10 gecə qalan şəxsə növbəti gecəsi hədiyyə edilir. Sadiq Müştəri Klubu haqqında daha ətraflı məlumatı bu linkdən əldə edə bilərsiniz.   

Əgər biz bir evdən çox Runaway ev rezervasiya etsək, evlərin yan-yana olmasını istəyə bilərikmi?

Hər bir evin öz unikal adı vardır. Rezervasiya zamanı həmin evin hansı evlə qonşu olduğuna və qonşu evin dolu olub olmadığına diqqət etsəniz, yan-yana evlər rezervasiya etmək imkanınız ola bilər

Runaway evlər necə qorunur?

Runaway evlərimiz məkana nəzarət edən komandamızla tam qorunur. Evlərimiz təbiətin tam içində olduğu üçün heyvanlar və həşəratlarla qarşılaşa bilərsiniz. Nəzərinizdə saxlayın ki, müvafiq təhlükəsizlik tədbirləri görməkdə özünüz cavabdehsiniz. Bu o deməkdir ki, çöldə yemək saxlamamaq, ərazini təmiz saxlamaq, şəxsi əşyalarınızı qorumaq və həşəratlara qarşı sprey gətirmək sizin məsuliyyətinizdir.